Pakistan Səudiyyə Ərəbistanına qırıcılar və minlərlə hərbçi göndərdi

Hazırda oxunan: Pakistan Səudiyyə Ərəbistanına qırıcılar və minlərlə hərbçi göndərdi

613923

Pakistan müdafiə sahəsində əməkdaşlıq müqaviləsi çərçivəsində Səudiyyə Ərəbistanı ərazisində bir qırıcı eskadronu, 8 min hərbçi və hava hücumundan müdafiə (HHM) sistemi yerləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
 

İslamabad krallığa Çin və Pakistanın birgə istehsalı olan təxminən 16 ədəd "JF-17 Thunder" qırıcısı, 2 pilotsuz uçuş aparatı (PUA) eskadronu, həmçinin Çin istehsalı olan "HQ-9" HHM sistemi göndərib.


"Reuters"in mənbələri iddia edir ki, bütün hərbi texnikaya Pakistan hərbçiləri xidmət göstərir, əməliyyatın maliyyələşdirilməsini isə Ər-Riyad həyata keçirir.

Agentlik qeyd edir ki, qüvvələrin yerləşdirilməsi İran ətrafındakı münaqişə fonunda baş verir; eyni zamanda Pakistan Tehran və Vaşinqton arasındakı danışıqlarda əsas vasitəçilərdən biri kimi çıxış edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin