Hikmət Mirzəyev şəhid övladları ilə görüş keçirdi - Foto

Hazırda oxunan: Hikmət Mirzəyev şəhid övladları ilə görüş keçirdi - Foto

646630

Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev 8 Noyabr - Zəfər Günü ərəfəsində şəhid övladları ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, görüş zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan hərbçilərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Şəhid övladlarının qayğı və problemləri dinlənilib, onların sosial vəziyyəti və gündəlik ehtiyacları ilə maraqlanılıb. Bildirilib ki, Vətən uğrunda misilsiz şücaətlər göstərərək şəhid olan döyüşçülərimizin xatirəsi daim uca tutulur, onların ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunurlar.

General-polkovnik H.Mirzəyev şəhid övladlarının fikirlərini dinləyib, onların arzu və istəklərinin dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılacağını bildirib.
 

Görüşdə şəhid övladları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.


Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə dəstəyin göstərilməsi Azərbaycan Ordusunun əsas mənəvi dəyərlərindən biridir.

Hikmət Mirzəyev şəhid övladları ilə görüş keçirdi - Foto - foto 1
Hikmət Mirzəyev şəhid övladları ilə görüş keçirdi - Foto - foto 2
Hikmət Mirzəyev şəhid övladları ilə görüş keçirdi - Foto - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin