“Transplantasiya əməliyyatı keçirmiş bütün xəstələr vahid informasiya və reyestr sistemi vasitəsilə izlənilir”.
Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.
O qeyd edib ki, ümumilikdə, Azərbaycanda 1200-ə yaxın transplantasiya əməliyyatı həyata keçirilib. Xəstələr əməliyyatdan sonra birinci gün, birinci ay, üçüncü ay, altıncı ay və daha sonra ildə bir dəfə müayinələrə cəlb olunurlar:
"Müayinələrin nəticələri vahid informasiya sisteminə daxil edilir. Biz həmin xəstələri ömürlərinin sonuna qədər tibbi nəzarətdə saxlayırıq. Dövlət tərəfindən xəstələr immunosupressiv dərman preparatları ilə təmin olunur”.
Şəfiqə Şəfa, Bizim.Media

































































































