Nazir: “Oxu bacarıqlarını mən deyil, müəllim dəyişə bilər”

Hazırda oxunan: Nazir: “Oxu bacarıqlarını mən deyil, müəllim dəyişə bilər”

635425

“Oxu bacarıqlarını mən dəyişə bilmərəm, bunu sinfə girən müəllim etməlidir”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ının nəticələrinin təqdimatında bildirib.

Nazirin sözlərinə görə, oxu bacarıqlarına görə Azərbaycan hələ də geridədir:

"Nəticələrə görə, Bakı oxu savadlılığı üzrə 456 bal toplayıb. Bu, dünya üzrə ən yüksək irəliləyişlərdən biri hesab olunur. Bakının nəticəsi 2022-ci illə müqayisədə 39 bal artıb. Bununla belə, Azərbaycanın oxu bacarıqları üzrə nəticələri hələ də aşağı olaraq qalır".

Nazir bildirib ki, dil qaydalarını bilmək oxu bacarıqlarının inkişafına birbaşa təsir etmir.

"Oxu sahəsində metodistlərin və tədqiqatların sayı azdır. Lakin nəticələr göstərir ki, oxu bacarıqları üzrə ciddi geridə qalırıq. Region ölkələri ilə müqayisədə də oxşar mənzərə müşahidə olunur. Yəqin ki, bunun səbəblərindən biri keçmiş sovet təhsil sisteminin mirasıdır".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin