Xəbər verdiyimiz kimi, Balakəndə “Hyundai”, “KİA” və “Toyota" markalı avtomobillərin iştirakı ilə ağır qəza baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəzada ölənlərin sayı üç nəfərə çatıb.
*** 10:10
Bu gün səhər saatlarında Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, “Hyundai”, “KİA” və “Toyota" markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanlar var.
Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü, Balakən rayonunun Katex kəndinin sakini Hoorsova Məryəm Kamil qızı, o cümlədən “Toyota” markalı maşındakı sərnişin, Balakən rayonu Sarıbulaq kənd sakini Mütəllibov Rəşad Yaşar oğlu həyatını itirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu


































































































