İş çatına qəfil əlavə olunan şəxs tərəfindən rəhbərlik və ya İnsan Resursları (HR) adından SMS kodunu demək, "Dövlət Xidmətləri" portalına girişə icazə vermək və ya pul köçürmək tələb edilirsə, bu, böyük ehtimalla kiberfırıldaqçılıqdır.
Bizim.Media "Gazeta.Ru"ya istinadən xəbər verir ki, bu barədə "Kiberprotekt" şirkətinin informasiya təhlükəsizliyi üzrə eksperti Sarkis Şmavonyan xəbərdarlıq edib.
Ekspert bildirib ki, belə mesaj alan əməkdaş cavab verməməli və xahişi yerinə yetirməməlidir. Tələbi başqa rabitə kanalı vasitəsilə — rəhbərə zəng etməklə, e-poçt yazmaqla və ya şəxsən yaxınlaşmaqla dəqiqləşdirmək lazımdır.
Saxta çatı tanıdan 5 əsas əlamət:
Qəfil yaratma: Çat adət olunan korporativ kanaldan kənarda və gözlənilmədən yaradılır.
Təcililik və gizlilik: Əməkdaşdan dərhal cavab vermək və məsələni gizli saxlamaq tələb olunur.
Məxfi məlumat tələbi: SMS kodu, parol və ya pul köçürməsi istənilir.
Süni təzyiq: Çatın digər iştirakçıları (botlar və ya saxta profillər) qərarın icrasına təhrik edirlər.
Qorxu vasitəsilə manipulyasiya: İşdən çıxarılmaq, cərimələnmək, hesabın bloklanması və ya məlumat sızması ilə hədələyirlər.
"Əsas tələ — təcililikdir: insanı detalları yoxlamağa imkan tapmadan cəld hərəkət etməyə məcbur edirlər. Saxta çatda həmişə təzyiq, avtoritet və sual verməyə qadağa var. Əgər kod, pul və ya gizlilik istənilirsə, bu artıq iş prosesi deyil, təhlükə siqnalıdır", – deyə ekspert qeyd edib.
Şmavonyan belə hallarda yazışmaların skrinşotunu götürməyi, iştirakçıların nömrələrini saxlayıb İT və ya informasiya təhlükəsizliyi şöbəsinə təqdim etməyi, daha sonra çatı tərk edib yaradıcısını bloklamağı məsləhət görür.
Şirkətlərə isə messencerlər vasitəsilə giriş kodlarının tələb olunmasını qadağan etmək və əməkdaşları müntəzəm olaraq fırıldaqçılıq sxemləri haqqında məlumatlandırmaq tövsiyə olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:39 / 10.08.2026
“İş yoldaşı”nızın sizi aldatmasını istəmirsinizsə... – Bu beş əlamətə DİQQƏT EDİN!
Hazırda oxunan: “İş yoldaşı”nızın sizi aldatmasını istəmirsinizsə... – Bu beş əlamətə DİQQƏT EDİN!
Hazırda oxunan: “İş yoldaşı”nızın sizi aldatmasını istəmirsinizsə... – Bu beş əlamətə DİQQƏT EDİN!
630258
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































