Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi “X” hesabında paylaşım edilib.
MÖVZU İLƏ BAĞLI:
Pezeşkian: “Azərbaycan müharibə dövründə bizə dəstək oldu”– VİDEO
"Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm.
Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi", - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian müharibə dövründə Azərbaycanın dəstəyini xüsusi qeyd etmişdi.

Bizim.Media

































































































