Şamaxı-İsmayıllı yolunda təhlükəli manevr yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, hadisə qəzadan son anda yayınan digər sürücünün avtomobilində olan qeydiyyat kamerası tərəfindən lentə alınıb.
Bildirilib ki, qəza zamanı VAZ-2115 markalı avtomobil qarşıdan gələn yük maşınına çırpılıb. Arxandan gələn nəqliyyat vasitəsinin sürücüsü isə qəzadan son anda yayına bilib.
Hadisə zamanı ölən və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur. Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib.
Bizim.Media

































































































