Çingiz Əlioğlu son mənzilə yola salındı – VİDEO

Hazırda oxunan: Çingiz Əlioğlu son mənzilə yola salındı – VİDEO

630287

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, "Təzə Pir" məscidində keçirilən vida mərasimində mədəniyyət və incəsənət nümayəndələri, şairin qələm yoldaşları və yaxınları iştirak ediblər.

Vida mərasimindən sonra Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
 

Qeyd edək ki, Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib. O, 1944-cü ildə Füzuli rayonunda anadan olub.


Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi və 2005-ci ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adlarına layiq görülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin