Quba rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz silah saxlama ilə bağlı əməliyyatlar keçirilib.
Bizim.Media xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb.
Ondan ümumilikdə 7 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd “AKM” markalı avtomat aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Məhkəmənin qərarı ilə X. Muradov və Z. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:27 / 10.08.2026
Qubada ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO
Hazırda oxunan: Qubada ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO
Hazırda oxunan: Qubada ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO
630256
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































