İran Prezidenti Məsud Pezeşkian müharibə dövründə dəstək olan ölkələrdən bəhs edib.
Bizim.Media xəbər verir ki, İran lideri çıxışında bu ölkələr arasında Azərbaycanın da adını vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan müharibə dövründə müəyyən mərhələdə bank və yolları İran üçün bağlasa da, danışıqlardan sonra bütün bunlar bərpa edilib:
“Azərbaycan yolları, bankımızı bağlamışdı. Zəng etdik, onlarla danışdıq. İki saat çəkmədi hər şey yenidən açıldı. Bank da, səfirlik də, yol da açıldı. Müharibə zamanı onlar bizə çox kömək oldu. İstər Rusiyanın malları olsun, istər öz mallarının daşınmasında nə istədik, kömək etdilər, dəstək oldular”, - deyə Pezeşkian qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Günün videosu
10:59 / 10.08.2026
Pezeşkian: “Azərbaycan müharibə dövründə bizə dəstək oldu”– VİDEO
Hazırda oxunan: Pezeşkian: “Azərbaycan müharibə dövründə bizə dəstək oldu”– VİDEO
Hazırda oxunan: Pezeşkian: “Azərbaycan müharibə dövründə bizə dəstək oldu”– VİDEO
630262
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































