Hər il bir milyon Azərbaycan vətəndaşı İrana müalicəyə gedir

Hazırda oxunan: Hər il bir milyon Azərbaycan vətəndaşı İrana müalicəyə gedir

46735
İldə bir milyon Azərbaycan vətəndaşı müalicə məqsədi ilə İrana səfər edir. 

Moderator.az-ın məlumatına görə, bu statistikanı İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün İranın XİN-in Təbrizdəki ofisində jurnalistlərə açıqlayıb.

Səfir Azərbaycan vətəndaşlarının əsasən Tehran, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil əyalətlərinə səfər etdiklərini bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 1000 İran vətəndaşı yaşayır ki, onlardan 700 nəfəri tələbədir. Orta hesabla hər il İrandan Azərbaycana 200-250 min nəfər turist səfər edir.

Möhsün Pakayin Azərbaycanda 500 İran şirkətinin qeydiyyatdan keçdiyini də qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin