ADP İdarə Heyəti ilin ilk toplantısını keçirdi

Hazırda oxunan: ADP İdarə Heyəti ilin ilk toplantısını keçirdi

207209
Bu gün ADP İdarə Heyəti ilin ilk toplantısını keçirib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Müzakirələrdə ilk öncə son günlər İrandakı baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin yekunu olaraq İranda baş verən hadisələrin əsas səbəbi kimi ölkədəki korrupsiyalaşmış rejimin olması, həqiqətən vətəndaşların sosial-iqtisadi vəziyyətinin ağır olması, insanların hüquq və azadlıqlarının kobud şəkildə pozulması və İranın dini rəhbərliyinin Quranın tələblərinə uyğun sosial siyasət aparmaması göstərilib. İdarə Heyəti eyni zamanda İranda vətəndaşların ağır sosial iqtisadi vəziyyətindən xarici qüvvələrin istifadə edərək bu dövləti də Yaxın Şərqin destabilizasiyasına qoşmaq cəhdlərini tənqid edərək, bu halları başqa bir dövlətin daxili işlərinə qarışmaq və beynəlxalq hüquq normalarına zidd addım kimi dəyərləndirərək yolverilməz olduğunu bildirib.

İdarə Heyəti ötən ilin dekabr ayının 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin itkin düşməsindən və bu günə qədər aparılan axtarışların heç bir nəticəsi olmamasından narahatçılığını ifadə edib və baş verən hadisəni Azərbaycanda alpinizmin beynəlxalq normalara uyğun keçirilməməsinin göstəricisi kimi dəyərləndirib. İdarə Heyəti eyni zamanda siyasi məqsədlər naminə bu tipli təhlükəli idman yarışlarının keçirilməsinin yolverilməz olduğunu bildirib.

İdarə Heyəti 2018-ci ilin Azərbaycan üçün xüsusu əhəmiyyətli bir il olduğunu qeyd edərək, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin tamam olması ilə əlaqədar Azərbaycan hökumətini bu möhtəşəm tarixi hadisəni dövlətçilik naminə dövlət səviyyəsində və hərbi paradın təşkil edilməsi ilə qeyd etməyə çağırıb.

İdarə Heyəti həmçinin bu il İrəvanın 100 illik status məsələsinin başa çatmasına diqqət çəkərək Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış müqaviləyə uyğun olaraq Azərbaycan hökumətini İrəvanın statusunun müzakirəyə çıxarılması ilə bağlı addımlar atmağa çağırıb.

İdarə Heyəti “Hürriyyət”x9d qəzetinin fəaliyyətinin dayandırması məsələsinə də diqqət çəkib. Müzakirələrdə qəzetin maliyyə problemləri ucbatından fəaliyyətini dayandırdığı qeyd olunaraq, baş verən hadisə Azərbaycan dövlətinin mətbuata dəstək siyasətinin yanlış olduğunun göstəricisi kimi dəyərləndirilib. Eyni zamanda qeyd edilib ki, dövlət tərəfindən KİV-lərə yardım mətbuat vasitələrinin inkişafına deyil, inkişaf etmiş mətbuat vasitələrinin maddi-texniki bazasının daha da gücləndirilməsinə xidmət edir ki, bu da mətbuat vasitələri arasında ədalətsiz rəqabət şəraiti yaradır və nəticə etibarı ilə müstəqil və azad mətbuatın sıradan çıxmasına gətirib çıxarır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin