Rusiyanın 4-cü ən böyük neft emalı zavodu dron hücumundan sonra bağlandı

Hazırda oxunan: Rusiyanın 4-cü ən böyük neft emalı zavodu dron hücumundan sonra bağlandı

621686

Rusiyanın həcminə görə dördüncü ən böyük neft emalı zavodu və benzin istehsalına görə ikinci ən iri müəssisəsi olan NORSİ Ukraynanın dron hücumundan sonra fəaliyyətini dayandırıb. Bu, Rusiyada yanacaq qıtlığını daha da dərinləşdirə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.
“Lukoil” şirkətinə məxsus NORSİ iyunun 24-də fəaliyyətini dayandırıb. Həmin gün SPIMEX də bu zavoddan dizel yanacağı və benzinin satışını dayandırıb.

Mənbələrin sözlərinə görə, hücum nəticəsində zavodun əsas emal qurğusu (CDU-5) zədələnib. Bu qurğunun gündəlik emal gücü 12 min metrik ton təşkil edir, bu da zavodun ümumi istehsal gücünün təxminən dörddə birinə bərabərdir.

Mənbələr əlavə ediblər ki, yaxın gələcəkdə zavod fəaliyyətini bərpa etmək üçün digər emal qurğularından istifadə edə bilər.

Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin də Teleqramda dronların düşməsi nəticəsində adı açıqlanmayan sənaye obyektinin zədələndiyini açıqlayıb.
 

NORSİ neft emalı zavodu Nijni Novqorod vilayətinin Kstovo şəhəri yaxınlığında, Moskvadan təxminən 450 kilometr şərqdə yerləşir. Zavod ildə təxminən 15 milyon ton neft emal etmək, 5 milyon tona yaxın benzin, 5 milyondan çox dizel yanacağı, 2 milyon ton mazut və 500 min tona yaxın bitum istehsal etmək gücünə malikdir.


Həmçinin Ukraynanın dron hücumları nəticəsində ciddi ziyan görən Moskva Neft Emalı Zavodu da ən azı növbəti altı ay ərzində fəaliyyət göstərə bilməyəcək. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin