Son vaxtlar orta məktəblərdə şagirdlərin döyülməsi faktları artıb. Hələ təhsil sahəsində ciddi nəzarətin olduğu Sovet dönəmində belə şagirdin müəllimlər tərəfindən cəzalandırılması halları mövcud olub. Onu da xatırladaq ki, o zaman şagirdlərin müəllimlər tərəfindən tənbeh edilməsi əksər hallarda valideynlərin razılığı ilə olurdu ki, bu da xoşməramlı missiyaya-şagirdin savad almasına xidmət edirdi. İndi isə təhsil sistemimiz tamamilə dəyişib. Üstəlik gələcəyin şəxsiyyəti, ölkənin vətəndaşı olacaq uşaqlara əl də qaldırırlar. Müsahibimiz olan təhsil üzrə ekspert Kamran Əsədovla da mövzuyla bağlı söhbət apardıq.
- Müəllimlər tərəfindən söyülən, döyülən, təhqir edilən şagirdlər gələcəkdə cəmiyyət və dövlət üçün nə dərəcədə yararlı vətəndaş ola bilər?
- Çox vacib məsələdi. Əslində təkcə şagird yox, ümumilikdə bütün vətəndaşların döyülməsi və zorakılığı olmaz. Şagirdlərin isə döyülməsi məsələsi ciddi müzakirə predmetidir. Biz sovet təhsil sisteminin məzunlarıyıq. Azərbaycan təhsil sistemi bu gün sovet təhsil sisteminin qalığıdır. Müəllim şagirdi döyərkən bunu hər hansı bir şişirtmə kimi göstərmək olmaz. Bu cür döyülməklə polisin sürücünü döyməsi, nəqliyyat deportamenti işçilərinin taksi sürücüsünü döyməsilə müqayisə etmək olmaz. Buna iki tərəfli baxmaq lazımdır. Bu gün sosial şəbəkədə hər kəs şagird hüquqlarından danışır. 2014-cü ildə “Təhsil Haqqında Qəbul edilmiş Qanuna”x9d görə müəllimin auditoriyada zorakılıq kimi hərəkətlərə yol verməsi qadağandır. Yəni, müəllim zorakılıq hallarına yol verə bilməz. Amma digər bir tərəfdən isə Azərbaycan Respublikası “Təhsil haqqında Qanunun”x9d 37-ci maddəsində isə şagirdin vəzifələri təsbit edilmişdir. Yəni şagird auditoriyada sakit durmalı, dəslərə hazır gəlməsi və s. vəzifələrə əməl etməlidir. Bəs bu pozulanda nə olur? Əlbəttə müəllimin şagirdi döyməsi düzgün hal deyil. Bu şəxsiyyət alçaldılmasına gedə bilər. Amma döyülməyə gətirən səbəblər var. Və ən əsasıda Azərbaycan mentoliteti var. Müəllimin şagirdi döyməsi müəllimin savadsızlığı deməzdim, sadəcə onun idarəçiliyinin zəif olmasıdır. Məsələn, Sumqayıtda müəllimin şagirdi döyməsi hadisəsi baş verdi. Və biz 50 ilin müəllimin itirdik. Hamı müəllimi qınadı. Amma niyə heç kim demədiki 3-cü sinif şagirdi məktəbə telefon gətirib müəllimi çəkir. Mən hesab edirəm ki, müəllimlərə pedoqogika dərsini yenidən keçmək lazımdır.
- Görəsən Təhsil Nazirliyi belə halların baş verməsinin təhsil ocaqlarına, müqəddəs peşə sahibləri olan müəllimlərə olan inamın sarsıldığının fərqindədir?
- Bu gün Təhsil nazirliyi sanki müəllimlərin rəhbər oraqanı deyil, tam ayrı bir qurumdur. Əvvəlki nazirlik korrupsiya hallarında ad qazansa da, bütün hallarda məktəbin yanında idi. Lakin biz bu gün təhsil nazirliyi ilə məktəb arasında uçurumun olduğunu aydın şəkildə görə bilərik. Nazirliyin sanki məktəbə aidiyyatı yoxdur. Bu gün təhsil nazirliyi müəllimlərlə işləmir. Hal-hazırda təhsil sahəsində aparılan islahatların heç birinin təhsilə aidiyyatı yoxdur. Son 2 ildə təhsil sahəsində aparılan işlərin heç bir nəticəsi olmuyub. 12 illik təhsil sisteminə keçmişik. 11 ili yarıtdıq, indi qaldı 12 il. Təsəvvür edin evlənmək yaşında olan birisi məzun olacaq. Bu əslində avropa praktikasına inteqrasiya deyil. Avropa təhsil sistemi tamam başqa bir sistemdi, Azərbaycan təhsil sistemi isə tamam başqa bir sistemdi. Orta təhsili 12 illik etməklə nəyə nail olmaq istəyirik? Müəllimlərin bütün problemlərini ilk növbədə təhsil nazirliyi araşdırmalıdı. Araşdırmada bəyanat verməklə deyil, açıq şəkildə olmaldır. Bütün hallarda müəllimlər təhsil nazirliyinin əsgərləridi. Əsgərlərə də generallar rəhbərlik edir. Generallar öz əsgərlərinin qədrini bilməlidir. Onları bada verməli deyil. Çox təəssüfki bu gün bizim generalımız əsgərlərini müdafiə etmir. Elə bil ki, təhsil nazirliyi kənd təsərrüfatına nəzarət edir, müəllimlərə yox.
- Ümumiyyətlə şagirdlərin döyülməsi hallarında mən günahı müəllimlərdə yox, bilavasitə elə məktəb rəhbərinin özündə görürəm. Yəni ən azından onlar nəzarət etməlidir. Siz bu haqda nə deyə bilərsiz?
- Təbii ki, siz düz deyirsiz. Birincisi məktəbdə rəhbərlik tərəfindən düzgün idarəçilik aparılmadığına görə bu problem baş verir. Nazirlik məktəb direktorlarına nəzarət etmir, məktəb direktorlarıda müəllimlərə nəzarət etmir. Bu günləri auditoriyada 3 uşaq olsun, amma onlar savadlı və tərbiyəli olsunlar. Təsəvvür edin küçədə pis davranan uşaq, eynilə məktəbdə də o cür davranır. Direktor şagirdlərin sayında maraqlıdır. Uşaqlar pis olsun, amma onlara əlavə gəlir gəlsin. Hal-hazırda direktor təhsili yox, maddiyyatı düşünür.
Elşən Yəhyayev

































































































