“Rusiyada çox böyük faciə olacaq, çünki...”x9d - VİDEO

Hazırda oxunan: “Rusiyada çox böyük faciə olacaq, çünki...”x9d - VİDEO

112533
İndiki danışıqlar boşdur. Hələlik o sədd gəlib çatmayıb. Rusiyada çox böyük faciə olacaq. Ya Rusiyada atom partlayışları olacaq, ya da başqa faciələr. Çünki çökən nüvə imperiyasında belə faciələr gözləniləndir.
xa0
Bu sözləri Obyektiv TV-nin “Çətin sual”x9d verilişinə müsahibəsində mərhum politoloq Vəfa Quluzadə demişdi. Politoloq məhz sözügedən ərəfədə, yəni Rusiyanı faciələr bürüyəcəyi zamanda Qarabağ münaqişəsində dəyişikliyin ola biləcəyini irəli sürmüşdü. O, məhz ona qədərki dövrdə Rusiyanın öz imperiya iddialarının davam etdirəcəyini açıqlamışdı. Müsahibə zamanı mərhum Vəfa Quluzadə Azərbaycanla bağlı öz narahatlığını da ifadə etmiş, Rusiyanın planlarında Azərbaycana hücumun da yer aldığını bildirmişdi.
xa0
Xatırladaq ki, Vəfa Quluzadə 1940-cı il dekabr 21-də Bakıda anadan olub. O, Azərbaycanın məşhur şairəsi Mirvarid Dilbazinin bacısı oğludur. Tanınmış ictimai xadim, politoloq 2015-ci il mayın 1-də dünyasını dəyişib.
xa0
Moderator.az Azərbaycanın tanınmış ictimai xadiminin doğum günündə tariximiz üçün önəmli olan açıqlamalarının təqdimatı sırasında sözügedən müsahibəni oxuculara təqdim edir:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin