Bakıda dərman satışı ilə məşğul olan bir sıra apteklər bağlanıb.
Bu barədəxa0Oxu.Az-a şəhər sakinləri məlumat veriblər.
Onlar qeyd ediblər ki, səhər saatlarından etibarən dərman almaq istəyən zamanxa0apteklərin bağlı olduğunu görüblər.
Apteklərdəxa0satıcılar onlara bildiriblər ki, dollarxa0qalxdığı üçün dərmanların qiymətləri sabahdan etibarən dəyişdiriləcək.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən qeyd edilib ki, dərmanların qiymətini Səhiyyə Nazirliyi təyin etmir:
“Ölkəmizdə satılan dərman preparatlarının qiymətini Səhiyyə Nazirliyi təyin etmir, bununlaxa0digər rəsmi orqanlar məşğuldur”x9d.
Nazirliyin rəsmisi qeyd edib ki, hazırda heç bir dövlət səhiyyə müəssisələrində dərman təchizatı ilə bağlı problem müşahidə olunmur:
“Qeydiyyatdaxa0olan vətəndaşlara pulsuz təqdim edilən dərmanların verilməsində heç bir problem yoxdur”x9d.
Xatırladaq ki, bu gün Mərkəzi Bank manatın üzən məzənnə siyasətinə keçdiyini elan edib. Nəticədə dollar bir gündə 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.




































































































