"ASAN xidmət"lərdə fəaliyyət göstərən "Azərsu"nun xidmət bölmlərinə 15309 müraciət edilib

Hazırda oxunan: "ASAN xidmət"lərdə fəaliyyət göstərən "Azərsu"nun xidmət bölmlərinə 15309 müraciət edilib

112485
“Azərsu”x9d Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət”x9d mərkəzlərində təmsil olunması   istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırılmasına və bu sahədə şəffaflığın  artırılmasına səbəb olub. 

2015-ci ilin 11 ayında “ASAN xidmət”x9d mərkəzlərində fəaliyyət göstərən “Azərsu”x9d ASC-nin  xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı 15309 müraciət edilib. Müraciətlərin  5357-i qeydiyyatda olan və “Azərsu”x9d  ASC-nin abonent bazasında təsdiqini tapmış  məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı olub. Bununla yanaşı, 1869 müraciət abonent məlumatlarına dəyişikliklərin edilməsi, 1048 müraciət  smart sayğacın dəyişdirilməsi  ilə əlaqədar yeni  kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi, 1838 müraciət itirilmiş və zədələnmiş kartların bərpası, 1837 müraciət ödəniş zamanı yaranan texniki problemlər, 3360 müraciət isə digər məsələlərlə bağlı olmuşdur. Ən çox müraciət (5704) Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət”x9d mərkəzində qeydə alınıb.
 
Qeyd edək ki, “ASAN xidmət”x9d mərkəzlərində “Azərsu”x9d ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb.. Hazırda “Azərsu”x9d ASC-nin xidmətləri  Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3, Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, həmçinin  Sumqayıt və Sabirabad şəhərindəki “ASAN xidmət”x9d  mərkəzlərində təşkil olunub. Ümumilikdə “ASAN xidmət”x9d mərkəzlərində “Azərsu”x9d ASC-nin müştəri xidmətlərinin göstərilməsinə başlanılandan ötən dövr ərzində müraciətlərin sayı 25 mini keçib.   
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin