Loğman Abdullayev MTN-in adından istifadə etməkdə günahlandırılır

Hazırda oxunan: Loğman Abdullayev MTN-in adından istifadə etməkdə günahlandırılır

110613
“Hüquqlarını müdafiə etdiyim Loğman Abdullayevin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edilməsi düzgün deyil”x9d.
 
Bunu APA-ya açıqlamasında vəkil Bəxtiyar Hacıyev deyib. O bildirib ki, L. Abdullayevin Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı başlanan cinayət işinə adiyyatı yoxdur: “İstintaq orqanı iddia edir ki, Loğman Abdullayev Milli Təhlükəsizlik Nazirliyinin adından istifadə edərək dələduzluq edib. Loğman Abdullayev bu il iyulun 6-da Türkiyədən Azərbaycana gələrkən hava limanında saxlanılıb. O, heç vaxt həmin nazirlikdə çalışmayıb. Hazırda cinayət işi üzrə istintaq araşdırması aparılır”x9d.
 
Qeyd edək ki, bəzi KİV-lərdə L. Abdullayevin MTN əməkdaşı olması, Akif Çovdarovun göstərişlərini yerinə  yetirməsi barədə məlumatlar yayılıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin