Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, ötən il ARDNF-in büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, büdcə xərcləri isə 14 milyard 627,2 milyon manat təşkil edib.
İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 10 milyard 266,3 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 9 milyard 497 milyon manat, bonus ödənişləri və tranzitdən 765,7 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Quruma "Azəri-Çıraq-Günəşli" yatağından 8 milyard 292,9 milyon manat, "Şahdəniz" yatağından isə 958,8 milyon manat vəsait da...