Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
Bizim.Media xəbər verir ki, Rusiya Federasiyası hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Paşinyan Yekaterinburqda keçiriləcək "İnnoprom" beynəlxalq sənaye sərgisində iştirak edəcək.
Sərgi çərçivəsində Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə Nikol Paşinyan arasında ikitərəfli danışıqlar aparılacaq.
Tərəflərin iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, İnnoprom" sənaye sərgisi 6-9 iyul tarixlərində keçiriləcək.
Bizim.Media


































































































