Milli Onkologiya Mərkəzində PARTLAYIŞ – Ölən və yaralanan var – ÖZƏL
Milli Onkologiya Mərkəzində otaqlardan birində partlayış baş verib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, partlayış nəticəsində xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, həkim-radioloq Asif Nəsirli ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media...