Çempionlar Liqası: “Atletiko Madrid” - “Arsenal” oyununda qollu heç-heçə - VİDEO

Hazırda oxunan: Çempionlar Liqası: “Atletiko Madrid” - “Arsenal” oyununda qollu heç-heçə - VİDEO

610254

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində ilk oyunlara yekun vurulub.

Bizim.Media xəbər verir ki, İspaniyanın “Atletiko Madrid” komandası İngiltərənin “Arsenal” kollektivini qəbul edib.

“Metropolitano” stadionunda reallaşan görüşdə qalib müəyyənləşməyib - 1:1. Hər iki qol penaltidən vurulub. Əvvəlcə qonaqların heyətində Viktor Dyökereş fərqlənib. Son nöqtəni isə meydan sahibi komandadan Xulian Alvares qoyub.

Komandalar arasında cavab mayın 5-də reallaşacaq.

Yarımfinalın ilk görüşündə PSJ Fransada Almaniya “Bavariya”sını 5:4 hesabı ilə məğlub edib.

<iframe width="1013" height="570" src="//www.youtube.com/embed/5voVQlrm7PM" title="UEFA Çempionlar Liqası | Yarımfinal | Atletiko Madrid - Arsenal | İCMAL" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin