Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən müsabiqəyə uyğun olaraq, metronun "20 Yanvar" stansiyasını Masazır kəndi (M.S.Ordubadi küçəsi) ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı marşrutda istismar edilən avtobuslar yenilənir.
Bu barədə Bizim.Media-ya AYNA-dan məlumat verilib.
Bildirilib ki, mayın 1-dən sərnişinlərin xidmətinə müasir, böyüktutumlu nəqliyyat vasitələri veriləcək.
Ümumilikdə 10 avtobus 9-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,50 AZN təşkil edir.

Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:28 / 30.04.2026
Masazır sakinlərinə ŞAD XƏBƏR – FOTO
Hazırda oxunan: Masazır sakinlərinə ŞAD XƏBƏR – FOTO
Hazırda oxunan: Masazır sakinlərinə ŞAD XƏBƏR – FOTO
610347
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































