“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

Hazırda oxunan: “Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

610240

Çatlamış divarlar, aşan ağaclar, tez-tez daşan kanalizasiya sistemi...

Sadalanan problemlər 90 uşağın əmanət edildiyi uşaq bağçasındandır.

Bizim.Media "xezerxeber.az"a istinadla xəbər verir ki, valideynlərin sözlərinə görə, paytaxtın Xətai rayonunda yerləşən Elman Məmmədov adına körpələr evi - uşaq bağçası təxminən 1 ay əvvəl yağan intensiv yağışlardan sonra daha pis vəziyyətə düşüb.

Artıq vəziyyət o həddə çatıb ki, bağçanın işçiləri də binanın vəziyyətindən narahatdırlar.

Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, binanın vəziyyətindən xəbərdardılar. Dəfələrlə əraziyə baxış keçirilib, İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara məlumat verilib, su kanal idarəsinin əməkdaşları da suların çəkilməsi üçün əraziyə cəlb edilib.
 

Aşan ağaclarla bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirildi ki, sözügedən uşaq bağçasından müraciət daxil olmayıb. Müraciət olunduqda ağaclara yerində baxış keçirilərək müvafiq qərar qəbul ediləcək.


Şəhər Təhsil İdarəsindən isə qeyd olundu ki, Xətai rayonu Elman Məmmədov adına uşaq bağçası 1935-ci ildə istifadəyə verilib. Uzunmüddətli istismar nəticəsində bağçanın binası köhnəlib və əsaslı təmirə ehtiyac yaranıb. Dövlət Proqramı çərçivəsində sözügedən məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirinin nəzərə alınması üçün zəruri tədbirlər görülür.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin