Ukrayna Kerç körpüsünü qoruyan Rusiya katerlərini vurdu – VİDEO

Hazırda oxunan: Ukrayna Kerç körpüsünü qoruyan Rusiya katerlərini vurdu – VİDEO

610292

Ukrayna Hərbi Dəniz Qüvvələri Kerç körpüsünün mühafizəsində iştirak edən Rusiya katerlərini vurduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinə məxsus “Sobol” patrul-mühafizə kateri və “Qraçonok” diversiya əleyhinə kateri hədəfə alınıb.

Ukrayna tərəfinin məlumatına görə, zərbə nəticəsində Rusiya qüvvələri arasında ölən və yaralananlar var.

Qeyd olunur ki, həmin katerlər Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin və Rusiya Hərbi Dəniz Donanmasının sahil mühafizəsində istifadə etdiyi əsas vasitələrdəndir.

Bu katerlər Kerç körpüsünün qorunması və diversiya qruplarına qarşı mübarizə üçün cəlb olunurdu.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin