“Kartof xəstəliyi” RİSKİ - Zavod çörəkləri ilə bağlı HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: “Kartof xəstəliyi” RİSKİ - Zavod çörəkləri ilə bağlı HƏYƏCAN TƏBİLİ

610349

Marketlərdə satılan çörəklərin qısa müddət sonra quruması və kiflənməsi istehlakçıları hər zaman narahat edən problemlərdəndir. Xüsusilə, bu hal daha çox zavod çörəklərində müşahidə edilir. Belə ki, çörək alındıqdan bir gün, hətta bəzən saatlar sonra içinin xəmiri yapışqan, üzü isə kiflənmiş olur. Yəni çörəyi əvvəlki ətrində və dadında maksimum 1 gün saxlamaq mümkündür.

Bəs bunun səbəbi nədir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, əslində həmin çörəklərin istehlakı 72 saatdan artıq olmalı deyil:

“Tez və ya gec quruyan hər iki çörək növü Azad İstehlakçılar Birliyini narahat edir. Çörəklərin satışda saxlanma müddət 72 saatdır. 72 saat sonra quruyursa, bu normal haldır. Gec quruyan çörək Azad İstehlakçılar Birliyində kimyalaşmış çörək hesab olunur. Bəzən çörəyi qıranda onun içindən yapışqanlı hissələr çıxır. Bu o deməkdir ki, çörəkdə kartof xəstəliyi gedir. Bu halda da həmin çörəyi istehlak etmək olmaz.

Zavod çörəklərinə dövlət orqanları tərəfindən nəzarət var.

Onlar qırmızı xəttin üstündə işləyirlər. Onların qiymət siyasətinə təzyiq var. Əslində, azad bazar iqtisadiyyatıdır, kim hansı qidanı neçəyə istəsə, sata bilər. Amma çox təəssüf ki, zavod çörəklərini müəyyən sabit qiymətdə saxlamağa çalışırlar. Buna görə əlavə subsidiya filan da vermirlər. Düşünürəm ki,  bu təzyiq davam edərsə, onlar da qiyməti sərbəst olan çörək növlərinin istehsalına keçəcək”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin