Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Hazırda oxunan: Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

610309

Oğuzda saxlanılan narkokuryerlərdə 13 kq marixuana aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Pərviz Mahmudov və 34 yaşlı Xanlar Abdullayev narkokuryerlikdə şübhəli bilindikləri üçün saxlanılıblar.

Onlardan 13 kiloqramdan artıq marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin