Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndərildi – VİDEO

Hazırda oxunan: Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndərildi – VİDEO

610358

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan 7 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, bu ölkəyə 4 vaqondan ibarət çəkisi 279 ton olan taxıl, 3 vaqondan ibarət çəkisi 203 ton olan gübrə göndərilib.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin