Bankların kredit faizlərindən əldə etdiyi gəlirlərin MƏBLƏĞİ AÇIQLANDI

Hazırda oxunan: Bankların kredit faizlərindən əldə etdiyi gəlirlərin MƏBLƏĞİ AÇIQLANDI

610327

Bu ilin yanvar-mart aylarında Azərbaycanda banklar müştərilərinə verdikləri kreditlər üzrə 1,081.4 milyon manat faiz gəliri əldə edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% artıb.

Qeyd edək ki, aprelin 1-i tarixinə Azərbaycanda bankların kredit portfeli 30 milyard 290.3 milyon manat təşkil edib.

Kredit portfelinin 16 milyard 214.8 milyon manatı biznes kreditlərinin, 9 milyard 490.9 milyon manatı istehlak kreditlərinin, 4 milyard 584.6 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin