ABŞ-da bu gün İranla bağlı brifinq keçiriləcək

Hazırda oxunan: ABŞ-da bu gün İranla bağlı brifinq keçiriləcək

610332

ABŞ-da bu gün İranla bağlı mümkün yeni hərbi əməliyyat planları barədə brifinq keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

Brifinq ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper adından təqdim olunacaq.

Nəşr yazır ki, bu brifinq Trampın İrana qarşı hərbi əməliyyatların bərpası ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini göstərə bilər.

İddialara görə, mümkün hərbi addımların iki əsas məqsədi ola bilər: ya danışıqlarda yaranmış dalanı aşmaq üçün Tehrana təzyiqi artırmaq, ya da müharibənin son mərhələsində həlledici zərbə endirmək.

Hələlik Ağ Ev və ABŞ Mərkəzi Komandanlığı bu məlumatla bağlı rəsmi açıqlama verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin