Trampın elan etdiyi yeni hərbi gəminin dəyəri 17 milyard dolları keçəcək

Hazırda oxunan: Trampın elan etdiyi yeni hərbi gəminin dəyəri 17 milyard dolları keçəcək

610273

ABŞ Prezidenti Donald Trampın elan etdiyi yeni “Tramp sinfi” hərbi gəminin ilkin dəyəri 17 milyard dollardan çox olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Axios ABŞ Hərbi Dəniz Qüvvələrinin büdcə sənədlərinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, “Qızıl donanma” adlandırılan yeni hərbi gəmi proqramı çərçivəsində ilk gəminin dəyəri 17 milyard dolları keçəcək. Üç gəminin ümumi qiymətinin isə 43 milyard dollardan çox olacağı proqnozlaşdırılır.
 

Tramp yeni hərbi gəmi layihəsini 2025-ci ilin dekabrında ictimaiyyətə təqdim etmişdi. O, bu proqramı ABŞ donanmasının modernləşdirilməsi və ölkənin gəmiqayırma gücünün artırılması istiqamətində mühüm addım kimi təqdim edib.


“The Times” yazır ki, yeni hərbi gəmilər “Tramp sinfi” adlandırılacaq və ümumilikdə 25-ə qədər belə gəminin inşası planlaşdırılır. İlk gəminin USS Defiant adlandırılacağı bildirilir.

İlkin məlumatlara görə, bu gəmilər hipersəs raketləri, yüksək güclü lazer sistemləri, elektromaqnit topu, həmçinin pilotsuz sistemlərə qarşı müdafiə vasitələri ilə təchiz oluna bilər.

Gəminin heyətinin azı 650 hərbçidən ibarət olacağı qeyd edilir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş naziri Con Felan daha əvvəl bu məbləğin ilkin qiymətləndirmə olduğunu bildirib. Onun sözlərinə görə, layihə üzrə xərclərin “rasionallaşdırılması” istiqamətində iş aparılmalıdır.
 

Bununla belə, ABŞ mediası layihənin artıq ciddi müzakirələrə səbəb olduğunu yazır. Tənqidçilər qeyd edirlər ki, ABŞ donanması mövcud hərbi gəmilərin saxlanılması və modernləşdirilməsi ilə bağlı problemlərlə üzləşdiyi halda, belə bahalı yeni proqram əlavə maliyyə yükü yarada bilər.

Məlumata görə, ilk “Tramp sinfi” gəminin inşasına 2028-ci ildə başlanması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin