Gəncədə məktəblilər arasında baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Gəncədə məktəblilər arasında baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA

610307

Gəncədə məktəblilər arasında baş verən insidentlə bağlı rəsmi açıqlama verilib.

Bizim.Media-nın yerli bürosuna Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, aprelin 29-da 9 saylı tam orta məktəbin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb.

Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib.

“Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hər iki şagirdin valideynləri məktəbə dəvət edilib və onlarla profilaktik söhbət aparılıb.

Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Uşaqların yeniyetməlik dövründə olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən bu mövzuda daha həssas davranmağı, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”, - deyə məlumatda bildirilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin