Bu körpü Ginnesin Rekordlar Kitabına düşdü

Hazırda oxunan: Bu körpü Ginnesin Rekordlar Kitabına düşdü

610343

Ginnesin Rekordlar Kitabı Çinin Quycou əyalətində Beypan çayının üzərində, Huacian Böyük kanyonunda tikilən körpünü dünyanın ən hündür körpüsü kimi tanıyıb.

Bizim.Media xəbər verir ki, müvafiq hesablamalar aparıldıqdan sonra Huacian Böyük Kanyon körpüsünün çayın səthindən 626,01 metr yüksəkdə yerləşdiyi təsdiqlənərək, müvafiq sertifikat rəsmiləşdirilib.
 

Daha əvvəl bu ünvana Beypan çayının üzərindəki digər körpü olan Beypancian sahib idi. Sözügedən körpü çayın səthindən 565,4 metr yüksəklikdə yerləşir. Quycou əyalətində dağlıq ərazilərdə xeyli sayda körpü var. Bunlardan 3-ü dünyanın ən hündür körpülərdir.


Qeyd edək ki, 3 il illik tikintidən sonra ötən ilin sentyabrında istifadəyə verilən Huacian Böyük Kanyon körpüsü kanyonun 2 tərəfi arasındakı məsafəni 2 saatdan cəmi 2 dəqiqəyə endirib.

Ümumi uzunluğu 2 min 890, asma hissəsinin uzunluğu 1420 metr olan Huacin Böyük Kanyonu körpüsü həm də dünyada dağlıq ərazidə inşa edilən ən uzun asma körpüdür.

Onun hündürlüyü San-Fransiskodakı “Qızıl qapı” (“Golden Gate”) körpüsündən təxminən 9 dəfə, Eyfel qülləsindən isə 2 dəfə çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin