Ata relslərin üzərinə düşən övladını belə xilas etdi – ANBAAN VİDEO

Hazırda oxunan: Ata relslərin üzərinə düşən övladını belə xilas etdi – ANBAAN VİDEO

610334

Banqladeşdə hərəkətdə olan qatarla peron arasındakı boşluğa düşən azyaşlını atası son anda xilas edib.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, hadisə aprelin 28-də günorta saatlarında Bhairab Dəmiryolu Stansiyası ərazisində qeydə alınıb.
 

Şahidlərin sözlərinə görə, ər və arvad övladları ilə birgə qatara minmək istəyərkən qadın müvazinətini itirərək uşağı ilə birlikdə perona yıxılıb. Qadın ayağa qalxmağa çalışdığı anda uşaq onun əlindən çıxaraq qatarla peron arasındakı dar boşluğa düşüb. Elə bu vaxt qatar hərəkətə başlayıb.


Vəziyyəti görən ata tərəddüd etmədən relslərin üzərinə atılıb. O, uşağı qucağına alaraq vaqonların altında qalmamaq üçün yerə uzanıb və övladını bədəni ilə qoruyub.

Qatarın bir neçə vaqonu onların üzərindən keçsə də, ata və uşaq tərpənmədən gözləyiblər.

Qatar keçdikdən sonra ata uşağı ilə birlikdə ayağa qalxaraq platformaya qalxıblar.
Xoşbəxtlikdən, baş verən insident nəticəsində ata və uşaq xəsarət almayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin