Növbəti köç karvanı Xocavəndə çatdı – VİDEO

Hazırda oxunan: Növbəti köç karvanı Xocavəndə çatdı – VİDEO

610340

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.

Bizim.Media xəbər verir ki, bu gün Xocavənd kəndi 32 ailə olmaqla 135 nəfərə qucaq açıb. Yeni köçən ailələr yurda qovuşmağın sevincini yaşayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Xocavənd kəndinə növbəti köç karvanı yola salındı – FOTO


Qeyd edək ki, kənddə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin