Donald Trampın oğlunun toyu İranla müharibəyə görə təxirə düşəcək?

Hazırda oxunan: Donald Trampın oğlunun toyu İranla müharibəyə görə təxirə düşəcək?

610356

ABŞ Prezidenti Donald Trampın oğlu Donald Tramp-kiçik və Bettina Andersonun toy mərasiminin vaxtı dəyişdirilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Page Six cütlüyə yaxın mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Donald Tramp-kiçik və Bettina Anderson əvvəlcə mümkün qədər tez evlənməyi planlaşdırıblar. Tramp ailəsinə məxsus Palm-Biçdəki Mar-a-Laqo iqamətgahında artıq toyöncəsi şənlik və subaylığa vida mərasimi keçirilib.

Hətta toy mərasiminin Ağ Evdə təşkil olunması variantı da müzakirə edilib.

Lakin İrana qarşı müharibənin uzanması fonunda cütlük planlarını yenidən nəzərdən keçirməli olub.
 

Mənbənin sözlərinə görə, Donald Tramp-kiçik və Bettina Anderson yaxşı anlayırlar ki, hərbi əməliyyatların davam etdiyi və insanların həlak olduğu bir vaxtda Ağ Evdə dəbdəbəli toy mərasimi ictimaiyyətdə mənfi reaksiya doğura bilər.


“Onlar çox yaxşı başa düşürlər ki, insan itkiləri fonunda Ağ Evdə təmtəraqlı şənlik keçirmək son dərəcə yersiz görünərdi. Xüsusilə Kral III Çarlzın şərəfinə verilən dövlət naharından sonra bu, nümayişkaranə dəbdəbə və mərasimçilik baxımından həddindən artıq olardı”, - deyə mənbə bildirib.

Bununla belə, Donald Tramp-kiçikin toyöncəsi tədbirlərin təşkilini tam dəstəklədiyi qeyd olunur.

Mənbənin sözlərinə görə, o, Bettinanı nə qədər sevdiyini və niyyətinin ciddi olduğunu ətrafdakılara göstərmək istəyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin