Böyük Britaniya Kralı III Çarlzın ABŞ Prezidenti Donald Trampın Avropa ölkələri ilə bağlı daha əvvəl səsləndirdiyi fikirlərə kinayəli cavab verdiyi görüntülər sosial şəbəkələrdə yayılıb.
Bizim.Media xəbər verir ki, görüntülər Kral III Çarlzın Vaşinqtona dövlət səfəri zamanı keçirilən rəsmi tədbirdəki çıxışından yayılıb.
Videoda Britaniya monarxının Trampın bir müddət əvvəl Davosda Avropa ölkələrinin müdafiə xərcləri ilə bağlı dediyi sözlərə işarə etdiyi bildirilir.
Tramp həmin çıxışında Avropa ölkələrini müdafiə xərclərinə kifayət qədər vəsait ayırmamaqda tənqid edərək belə demişdi:
“Əgər biz olmasaydıq, indi hamınız alman dilində və bir az da yapon dilində danışırdınız”.
Sosial şəbəkələrdə yayılan görüntülərdə isə Kral III Çarlzın bu fikrə cavab olaraq “Amerika, burada deməliyəm...” sözləri ilə başlayan çıxış etdiyi görünür.
İzləyicilər kralın bu çıxışını “Britaniya ironiyası” və Trampa diplomatik eyham kimi qiymətləndiriblər.
Qeyd edək ki, Kral III Çarlzın ABŞ-a səfəri bir sıra diqqətçəkən məqamlarla yadda qalıb. Daha əvvəl o, Ağ Evdə çıxışı zamanı 1814-cü ildə britaniyalıların Vaşinqtonu ələ keçirməsi və Ağ Evi yandırmasına zarafatla eyham vurmuşdu.
Monarx ABŞ Prezidenti Donald Trampa İkinci Dünya müharibəsi dövrünə aid “HMS Trump” adlı Britaniya sualtı qayığının gəmi zəngini də hədiyyə etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:41 / 30.04.2026
Trampdan Britaniya kralına: “Biz olmasaydıq, indi hamınız alman dilində danışırdınız” - VİDEO
Hazırda oxunan: Trampdan Britaniya kralına: “Biz olmasaydıq, indi hamınız alman dilində danışırdınız” - VİDEO
Hazırda oxunan: Trampdan Britaniya kralına: “Biz olmasaydıq, indi hamınız alman dilində danışırdınız” - VİDEO
610293
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































