Rusiya Odessaya zərbə endirdi: 16 yaralı var – FOTO-VİDEO

Hazırda oxunan: Rusiya Odessaya zərbə endirdi: 16 yaralı var – FOTO-VİDEO

610282

Rusiyanın Odessa şəhərinə endirdiyi zərbələr nəticəsində 16 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Odessa şəhər hərbi administrasiyası məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri şəhərin müxtəlif rayonlarında yaşayış məhəllələrini və mülki obyektləri hədəfə alıb.
 

Ən ciddi dağıntılar Primorski rayonunda qeydə alınıb. Burada çoxmərtəbəli bina və beşmərtəbəli yaşayış evi zədələnib. Binaların yuxarı mərtəbələrində və dam örtüyündə güclü yanğınlar başlayıb.


Şəhərin mərkəzi hissəsində fərdi yaşayış evləri və yaşayış massivləri də zərər görüb.

Hücumlar zamanı sosial və kommersiya obyektləri də dağıntıya məruz qalıb. Uşaq bağçasının binasına ciddi ziyan dəyib, ticarət mərkəzi, hotel və inzibati otaqlar zədələnib.

Bir neçə avtomobil dayanacağında onlarla avtobus və minik avtomobili məhv olub və ya zədələnib.

Hacıbəy rayonunda isə infrastruktur obyektlərinə, anbar binalarına və qaraj kooperativinə zərbələr qeydə alınıb.

Məlumata görə, hücum nəticəsində 16 nəfər yaralanıb. Onlardan ikisi ağır vəziyyətdə reanimasiya şöbəsindədir. Daha bir kişi travmatologiya şöbəsinə yerləşdirilib.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, axşam saatlarından etibarən Rusiya Ukraynaya bir ballistik raket və 206 PUA buraxıb. Hava hücumundan müdafiə qüvvələri 172 PUA-nı vurub.


 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin