Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Tədbir zamanı saxlanılan 24 yaşlı Pirali Ağayevdən ümumilikdə 14 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisinə gətirərək satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:43 / 30.04.2026
Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO- VİDEO
Hazırda oxunan: Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO- VİDEO
Hazırda oxunan: Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO- VİDEO
610277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































