Pezeşkian ABŞ-ın dəniz blokadası haqda: “Uğursuzluğa məhkumdur”

Hazırda oxunan: Pezeşkian ABŞ-ın dəniz blokadası haqda: “Uğursuzluğa məhkumdur”

610345

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın mümkün dəniz blokadası ilə bağlı xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, Pezeşkian belə bir addımın beynəlxalq hüquqa zidd olduğunu bildirib.

“Dəniz blokadası və məhdudiyyətlərin tətbiqi ilə bağlı istənilən cəhd beynəlxalq hüquqa ziddir, region ölkələrinin maraqlarına, eləcə də bütün dünyada sülh və sabitliyə qarşıdır və uğursuzluğa məhkumdur”, - deyə İran Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Tehran bu cür addımları regionda gərginliyi artıran və beynəlxalq təhlükəsizliyə təhdid yaradan siyasət kimi qiymətləndirir.

Pezeşkian bildirib ki, İran öz milli maraqlarını və regional təhlükəsizliyi qorumaq üçün zəruri tədbirlər görəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin