Türkiyənin “Baykar” şirkəti süni intellekt elementləri ilə təchiz edilən yeni nəsil MIZRAK kamikadze PUA-sını təqdim edib.
Bizim.Media xəbər verir ki, sistem SAHA 2026 sərgisində ictimaiyyətə təqdim olunmazdan əvvəl real hədəfin vurulması ilə nümayiş sınaqlarından keçirilib.
Məlumata görə, MIZRAK uzun müddət gözləmə zonasında qala, hədəfləri müstəqil şəkildə aşkar edə və yüksək dəqiqlikli zərbələr endirə bilir.
Kompleks GPS siqnalının basdırıldığı və ya ümumiyyətlə olmadığı şəraitdə də fəaliyyət göstərmək imkanına malikdir.
Yeni sistem “sürü” tərkibində tətbiq üçün hazırlanıb. MIZRAK-ın 1000 kilometrdən artıq məsafədə uzunmənzilli tapşırıqları yerinə yetirə biləcəyi bildirilir.
Ekspertlər hesab edirlər ki, bu tip kamikadze PUA-lar müasir döyüş meydanında həm kəşfiyyat, həm də dəqiq zərbə imkanlarını birləşdirdiyinə görə xüsusi əhəmiyyət daşıyır.
Bizim.Media

- A-
- A
- A+
Region
12:03 / 30.04.2026
“Baykar”dan süni intellekt elementləri olan yeni kamikadze PUA-sı – VİDEO
Hazırda oxunan: “Baykar”dan süni intellekt elementləri olan yeni kamikadze PUA-sı – VİDEO
Hazırda oxunan: “Baykar”dan süni intellekt elementləri olan yeni kamikadze PUA-sı – VİDEO
610314
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































