Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu oldu
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatına yekun vurulub.
Bizim.Media xəbər verir ki, yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığmamız Avropanın zirvəsini fəth edib.
3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.
Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu.
Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst...