Sərsəng su anbarında İLK DƏFƏ beynəlxalq idman tədbiri keçiriləcək

Hazırda oxunan: Sərsəng su anbarında İLK DƏFƏ beynəlxalq idman tədbiri keçiriləcək

609478

Sərsəng su anbarında ilk dəfə avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası təşkil olunacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) yayıb.

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunacaq tədbir aprelin 27-də saat 12:00-dan etibarən Sərsəng su anbarında akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları ilə başlayacaq.

İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaqlar. Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək.
 

Qeyd edək ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. 


Reqataya mayın 1-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin