Sürücülərin kabusuna çevrilən 18 döngəli təhlükəli dolama yol - VİDEO

Hazırda oxunan: Sürücülərin kabusuna çevrilən 18 döngəli təhlükəli dolama yol - VİDEO

609507

Çinin Hunan əyalətində yerləşən Linqpayshi yolu qeyri-adi görünüşü və təhlükəli döngələri ilə diqqət çəkir. 

Bizim.Media xəbər verir ki, iki qaya arasında yerləşən bu unikal yol dağ kəndi Minjunu xarici aləmlə birləşdirir.

Yüksəklikdən baxıldıqda başgicəlləndirən ziqzaq formasında görünən dolama yol sanki qorxu filmlərindən çıxmış yolu xatırladır. 

Təhlükəli və hara apardığı ilk baxışdan bəlli olmayan bu yol bir çox sürücülər üçün əsl sınaq sayılır.

Məlumata görə, dağ yolunun uzunluğu cəmi 450 metrdir. Lakin buna baxmayaraq, burada 18 kəskin döngə var.
 

Yerli sürücülər bu marşrutu illərlə təcrübə topladıqdan sonra mənimsəyiblər. Turistlər isə buraya həm mənzərəni izləmək, həm də öz əsəblərini və sürücülük bacarıqlarını sınaqdan keçirmək üçün gəlirlər.


Linqpayshi yolu son illərdə sosial şəbəkələrdə və səyahət mövzulu paylaşımlarda da tez-tez gündəmə gəlir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin