Kolumbiyada narkokuryer narkotik vasitələri qeyri-adi üsulla ölkədən keçirməyə cəhd edib.
Bizim.Media xəbər verir ki, o, içərisində qadağan olunmuş maddələr olduğu bildirilən bağlamaları başına yapışdırılmış parikin altında gizlədib.
Lakin gömrük əməkdaşlarını aldatmaq mümkün olmayıb. Rentgen yoxlaması zamanı kişinin saçlarının altında şübhəli boşluqlar aşkar edilib.
Bundan sonra gömrükçülər yoxlama məntəqəsində onun başına yapışdırılmış süni “saç dərisini” çıxarıblar.
Nəticədə parikin altında gizlədilən bağlamalar aşkarlanıb.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
































































































