Çexiyanın Baş naziri Andrey Babiş Avropa İttifaqından kənara ilk rəsmi səfərinə başlayıb.
Bizim.Media xəbər verir ki, hökumət başçısı bu barədə “X” hesabında paylaşım edib.
Babiş bildirib ki, onun Aİ hüdudlarından kənara ilk rəsmi səfəri Azərbaycana olacaq.
Məlumata görə, Çexiya Baş nazirinin Azərbaycana səfəri 3 gün davam edəcək. Səfər çərçivəsində Babişi rəsmi şəxslərdən və çexiyalı sahibkarlardan ibarət nümayəndə heyəti müşayiət edəcək.
Görüşlər zamanı Azərbaycan-Çexiya münasibətləri, iqtisadi əməkdaşlıq və biznes əlaqələrinin genişləndirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.

Bizim.Media

































































































