Xankəndi 30 illik işğaldan sonra tədricən canlanır: 3 avtobus marşrutu fəaliyyətə başladı - VİDEO

Hazırda oxunan: Xankəndi 30 illik işğaldan sonra tədricən canlanır: 3 avtobus marşrutu fəaliyyətə başladı - VİDEO

609496

Xankəndi şəhəri 30 illik erməni işğalından sonra tədricən normal həyatına qayıdır.

Bizim.Media xəbər verir ki, şəhərdə ictimai nəqliyyatın fəaliyyəti də bərpa olunur.

Məlumata görə, Xankəndidə artıq 3 avtobus marşrutu fəaliyyətə başlayıb. Bu marşrutlar şəhər daxilində sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi daşıyır.

İctimai nəqliyyatın işə salınması Xankəndidə sosial həyatın bərpası istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
 

Qeyd edək ki, şəhərdə infrastrukturun yenilənməsi, kommunal xidmətlərin bərpası, yaşayış məntəqələrinin abadlaşdırılması və digər sahələr üzrə işlər davam etdirilir.


Xankəndidə avtobus marşrutlarının fəaliyyətə başlaması keçmiş məcburi köçkünlərin qayıdışı və şəhərdə gündəlik həyatın bərpası baxımından da xüsusi əhəmiyyət daşıyır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin