Tramp İrana yenidən xəbərdarlıq etdi: “Təxminən üç günləri qalıb”

Hazırda oxunan: Tramp İrana yenidən xəbərdarlıq etdi: “Təxminən üç günləri qalıb”

609528

ABŞ Prezidenti Donald Tramp İranı yenidən neft obyektlərinə mümkün zərbələrlə hədələyib.

Bizim.Media xəbər verir ki, Tramp “Fox News”a açıqlamasında Tehranın təxminən üç gün vaxtının qaldığını bildirib.
 

Amerika liderinin sözlərinə görə, hazırda danışıqlarda əsas “kozırlar” ABŞ-ın əlindədir. O iddia edib ki, İran ciddi təzyiq altındadır və ölkənin neft infrastrukturu yaxın günlərdə ağır nəticələrlə üzləşə bilər.


Tramp bildirib ki, ABŞ-ın tətbiq etdiyi blokada səbəbindən İranın neft ixracı dayanıb, bu isə ölkənin daxili neft anbarlarına və boru kəmərlərinə ciddi təzyiq yaradır. Onun sözlərinə görə, vəziyyət dəyişməsə, neft obyektlərində partlayış və ya böyük texniki fəsadlar baş verə bilər.

ABŞ Prezidenti eyni zamanda münaqişənin yaxın vaxtlarda başa çata biləcəyini də istisna etməyib. O bildirib ki, Vaşinqton danışıqlarda üstün mövqedədir və Tehran qərar verməlidir.

Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin artması fonunda neft bazarlarında da narahatlıq güclənib.

Əvvəlki məlumatlarda ABŞ-ın Hörmüz boğazında hərbi nəzarəti artırdığı, İranın isə regiondakı enerji təhlükəsizliyi ilə bağlı təzyiq altında olduğu bildirilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin