Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının təsdiqlədiyi 90 milyard avroluq dəstək paketinin ilk tranşı ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, Zelenski ilk tranşın Ukraynada daxili istehsalın inkişafına yönəldiləcəyini bildirib.
Onun sözlərinə görə, vəsait dronların istehsalı və hərbi texnologiyaların genişləndirilməsi də daxil olmaqla, müdafiə sənayesinin gücləndirilməsinə sərf olunacaq.
Ukrayna lideri qeyd edib ki, maliyyənin əhəmiyyətli hissəsi növbəti qışa qədər ölkənin enerji infrastrukturunun qorunmasına yönəldiləcək.
Zelenski həmçinin Yaxın Şərq və Cənubi Qafqaz ölkələri ilə Ukraynanın dizel yanacağı ilə təmin edilməsi üzrə razılaşmalar əldə olunduğunu açıqlayıb.
Prezident bildirib ki, müharibəyə baxmayaraq, Ukrayna ordu və iqtisadiyyat üçün sabit yanacaq tədarükünü qoruyub saxlayır. Onun sözlərinə görə, bu, kənd təsərrüfatı istehsalçıları və mülki nəqliyyat üçün də mühüm əhəmiyyət daşıyır.
Bizim.Media

































































































